SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlara tələb artıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bu dinamika, video zənglərin sayının artması ilə izah olunur. Qəzetin yazdığına görə, kadrda insanların pis görünməsi onları plastik əməliyyata sövq edib.

Belə ki, plastik cərrah Diana Aleksander bildirib ki, təkcə yarım ay ərzində 251 plastik əməliyyat həyata keçirib.

Onun sözlərinə görə, müştərilər video zənglər zamanı qəşəng düşmədikləri üçün plastik cərrahlara müraciət edirlər.

BAKU.WS