Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salınıb

Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu təxirə salınıb.
BAKU.WS-ə UEFA "Drita" (Kosovo) ilə "Linfild" (Şimali İrlandiya) arasındakı matçı başqa vaxta təyin edib.
Buna səbəb Kosovo klubunun futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır. Adı açıqlanmayan oyunçu virusa yoluxduğundan, tibbi protokola uyğun olaraq bütün komanda karantinə alınıb.
Buna qədər yarımfinalda "İnter"lə (Andorra) görüşdən əvvəl "Drita"nın bir oyunçusunda koronavirus testi pozitiv çıxdığından, həmin şəxs karantinə alınmışdı.
İsveçrənin Nyon şəhərində keçirilməli olan "Drita" - "Linfild" görüşünün hansı tarixdə oynanılacağına qitə futbol qurumu hələ qərar verməyib. Cütlüyün qalibi I təsnifat mərhələsində Varşava "Legiya"sı (Polşa) ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...