SİZİN REKLAM BURADA!
055 213 76 73


Müxtəlif ölkələrdən olan bir çox elm adamının iştirak etdyi araşdırma zamanı məlum olub ki, burundakı iki növ hüceyrə koronavirusun bədənə əsas giriş qapısını təşkil edir.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri aprelin 23-də "Nature Medicine" adlı jurnalda dərc olunub.

Yeni araşdırma burundakı iki xüsusi hüceyrənin bədəndəki yeni tip koronavirusun ilkin infeksiya nöqtəsi olduğunu ortaya qoyub.

Alimlər burunun içərisində selik əmələ gətirən maye və siliyer hüceyrələrin koronavirusun bədənə daxil olmaq üçün istifadə etdiyi ən vacib iki zülalın konsentrasiyasına sahib olduğunu təsbit ediblər.

Tədqiqat qrupu virusun yayılması üçün istifadə etdiyi "ACE2" və "TMPRSS2" zülallarının hansı hüceyrələrdə olduğunu aşkar etmək üçün ağciyər, burun, göz, bağırsaq, ürək, böyrək və qaraciyər hüceyrələrini araşdırıblar.

"Tədqiqat burun içindəki selik meydana gətirən maye və siliyer hüceyrələrin bu iki zülalın ən yüksək konsentrasiyası olan hüceyrələr olduğunu ortaya qoyub", - deyə İngiltərənin "Wellcome Sanger" İnstitutunu təmsil edən Varadon Sunqnak bildirib.

Almaniyadan araşdırmada iştirak edən "Maks Delbrück" Mərkəzi, bu iki zülalın gözün kornea hüceyrələrində və bağırsaqlarda da olduğunu açıqlayıb. Bildirilir ki, virusa yoluxmanın başqa bir yolu gözdür. Bundan əlavə virusun nəcis və udma yolu ilə ötürülmə potensialı da mövcuddur.

Araşdırmaya görə, Covid-19 xəstələrinin 20 faizi müxtəlif ürək problemlərindən əziyyət çəkir. Koronavirusun ürəkdə yerləşdiyi nöqtələr müəyyənləşdirilib. Ancaq virusun birbaşa ürəyə zərər verməsi və ya ikinci təsirinin olub-olmaması hələlik məlum deyil.

BAKU.WS