SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət edib.

BAKU.WS xəbər verir ki, səfir Polad Bülbüloğlu müraciətində vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb.

“Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı, dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar.

Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb.

Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur.

Sərhəd nə bir xahiş, nə də təzyiqlə açılmayacaq”, - deyə Polad Bülbüloğlu bildirib.

BAKU.WS
VİDEO