SİZİN REKLAM BURADA!
055 213 76 73


İbrahim Tatlısəsin musiqiçi qızı Dilan Çıtak Tatlıses də koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, Dilan bu barədə "İnstagram"da canlı yayım açaraq məlumat verib.

Oynaq ağrıları və dadbilmə qabiliyyəti yoxa çıxan Dilan xəstəxanaya müraciət edib. COVİD-19 testindən keçib və cavab müsbət olub.

Qeyd edək ki, Dilan Çıtakın sevgilisi Levent Dörter də koronavirusa yoluxmuşdu. Müalicəsi bitən Levent artıq evə buraxılıb.

Dilan sevgilisində virus aşkarlanan zaman özünün də yoluxacağından çox qorxduğunu demişdi.

BAKU.WS
VİDEO