SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus pandemiyasına 150-dən çox ölkədə rast gəlinib və bu günə kimi 34 mindən çox insan virusdan həyatını itirib.

BAKU.WS xəbər verir ki, COVID-19 virusuna yoluxma halı ən çox Birləşmiş Ştatlarda qeydə alınıb. 

Bu ölkədə koronavirusa yoluxanların sayı 142 mini keçib. ABŞ-da virusun qurbanları 2489 nəfər təşkil edir. 

Qeyd edək ki, koronavirusa təkcə sadə vətəndaşlar deyil, həm də dövlət rəsmiləri, iş adamları, məşhur sənətçi, idmançılar və başqaları yoluxub. 

Məşhur simalar arasında koronavirusa yoluxanların bir qismini sizlərə təqdim edirik:

Avropa Birliyinin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnier

Məşhur "Game of Thrones" serialının aktyoru Kristofer Hivju

"La Casa De Papel" serialında müfəttiş "Raquel" obrazını canlandıran Itziar Ituno 

Dünyaca məşhur ingilis aktyor İdris Elba

 "Qalatasaray"ın baş məşqçisi Fatih Terim

 İngiltərənin baş naziri Boris Conson

İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Begona Gomez

Çinin "Shandong Luneng" klubunda çıxış edən Marouane Fellaini

Kanadanın Baş naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudo

Avstraliyanın daxili işlər naziri Peter Dutton 

NBA ulduzu Kevin Durant

Məşhur aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson

İngiltərənin vəliəhd şahzadəsi Çarlz

Rüştü Rəcbərin həyat yoldaşı İşıl Rəcbər

 "Yuventus"un ulduz futbolçusu Paulo Dybala

İran prezidentinin birinci köməkçisi İshak Cahangiri 

Polşa Baş Qərargah rəisi general-leytenant Yaroslav Mika

"Game of Thrones" serialındakı "Ellaria Sand" personajını canlandıran İndira Varma

Fransanın mədəniyyət naziri Frank Riester

 Tanınmış aktrisa Olqa Kurilenko

 İtaliya futbolunun canlı əfsanəsi Paulo Maldini

BAKU.WS