SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gürcüstanda COVID-19-a yoluxma halları artır”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu ökənin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

Onun sözlərinə görə, son bir həftə ərzində orta hesabla gündə 300-ə qədər yeni COVID-19 hadisəsi müəyyən edilib.

“Bu o deməkdir ki, ölkədə COVID üzrə müayinə olunanların hamısının (gündə təxminən 4000 test) 7-8%-nin nəticəsi müsbətdir. Buna uyğun olaraq xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. Bununla belə, ölüm halları minimum səviyyədə qalır: ayda bir hadisə”, - deyə T.Tsertsvadze bildirib.
Qeyd edək ki, Gürcüstanda artıq koronavirusunun omikron ştammının EG.5 variantının yayıldığı ehtimal olunur, ancaq bu, rəsmi olaraq (laboratoriya) təsdiqlənməyib.

BAKU.WS