SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiya koronavirus pandemiyası ilə əlaqədar sərhəd keçid məhdudiyyətlərinin əksəriyyətini ləğv edir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, aprelin 29-dan etibarən ölkəyə daxil olmaq üçün yola düşməzdən əvvəl virusa qarşı peyvənd sübutu və ya COVID-19 üçün mənfi testin təqdim edilməsinə ehtiyac olmayacaq.

Mayın 8-dən sonra koronavirusla bağlı testlər könüllülük əsasında aparılacaq. Virus aşkar edilərsə, ölkəyə gələn qonaqlar özlərini təcrid etməli olacaqlar.

BAKU.WS