SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.

Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3,4 min meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib.

BAKU.WS