SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə istehsalı olan "TURKOVAC" koronavirusa qarşı peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.

150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlara çatdırılıb.

İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.

Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.

BAKU.WS