SİZİN REKLAM BURADA!
055 213 76 73


“Türkiyədə koronavirusun ən çox 3 ştammına rast gəlinib”.

BAKU.WS “hürriyet.com”a istinadən xəbər verir ki, bu sözləri türkiyəli həkim Ahmet İnal deyib.

O bildirib ki, bunların hamısından ən təhlükəlisi Böyük Britaniya ştammıdır:

“Nadir hallarda aşkar edilənlər virusun Braziliya və Cənubi Afrika ştamlarıdır. Koronavirusun bu növünə olduqca az rast gəlinir. Nazirliyin açıqladığı rəqəmə görə, bu 250-yə yaxındır. Peyvəndin ştamma qarşı təsiri də azdır. Zamanla mutasiyalara yenisi də əlavə edilə bilər. Bəlkə də, Türkiyə ştammına da rast gələcəyik. Lakin hələ ki, tapmadıq”.

Həkim yoluxma hallarının artmasının ən böyük səbəbini Böyük Britaniya ştammında görür:

"Böyük Britaniya ştammının ən vacib xüsusiyyəti şiddətli xəstəliyin olmamasıdır. Lakin o, sürətlə ötürülə bilən virusdur.

Yüksək yoluxucu xüsusiyyətləri səbəbilə ikiqat maska taxmaq lazım ola bilər. Əsas qayda maska, məsafə və təmizlikdir. Buna görə də mutasiyaya uğrayan viruslardan asılı olmayaraq maskanı ikiqat taxın".

BAKU.WS