SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Co Bayden bu həftə 100 milyon nəfərin vaksinasiya olunacağını bildirib.

BAKU.WS "ABC news"a istinadən xəbər verir ki, Bayden bununla da hədəfinə vaxtından əvvəl çatdığını qeyd edib.

"Qürur hissi ilə elan edirəm ki, sabah, administrasiyamızın 58-ci günündə 100 milyon amerikalının peyvənd olunması hədəfinə çatacağıq. Bu, qrafiki bir neçə həftə qabaqlamaqdır", - deyə ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ prezidentinin andiçmə mərasimindən bəri 98 mln. amerikalı vaksinasiya olunub. Ölkədə gündəlik vaksinasiya sayı 2,5 mln.dur. Co Bayden fəaliyyətə başlayacaqlarının 100-cü günündə 100 mln. amerikalını vaksinasiya edəcəyinə söz vermişdi.

BAKU.WS
ВИДЕО