SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində bu günə qədər əhaliyə 40 milyon ədəd tibbi maska paylanılıb.

BAKU.WS “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Əczaçılar Birliyinin rəhbəri Ərdoğan Çolak məlumat verib.

Onun sözlərinə görə, apteklərə ümumilikdə 55 milyona yaxın maska göndərilib:

“Apteklərdən 8 milyon nəfər ümumilikdə 40 milyon pulsuz maska alıb”.

Ərdoğan Çolak qeyd edib ki, 11 marta qədər Türkiyədə gündəlik 500 min ədəd maska istehsal edilirdi. Sonra bu 2,5 milyona, ardınca 8 milyona, indi isə gündəlik 12 milyon ədədə çatdırılıb.

Qeyd edək ki, Türkiyədə hər bir vətəndaş hər 10 gündə 1 dəfə 5 ədəd pulsuz maska ala bilər.

BAKU.WS