SİZİN REKLAM BURADA!
055 213 76 73


“Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər Kəndindəki karantinə yerləşdirib qaçdı”. 

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Cümhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla sosial şəbəkədə paylaşıb. Bildirib ki, karantinə yerləşdirildikdən sonra onlara TƏBİB-in icazəsi olmadan buraxılmayacaqları bildirilib: “Burada nə həkim var, nə də dərman. Şəxsiyyət vəsiqələrimizi alıb çıxmağa icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır”. 

Məsələ ilə əlaqədar qəzetin baş redaktoru Rəfail Becanov məlumat yayaraq TƏBİB-lə əlaqə saxlanıldığını və məsələnin araşdırıldığını bildirib: “Bizə lazımi tədbirlərin görüldüyü deyildi. Məsələnin şəxsən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının nəzarətində olduğu bildirildi”. 

M. Abdulla isə bildirib ki, həkimlər gəlib onların şikayətlərilə maraqlanıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva da “Qafqazinfo”ya açıqlamasında məsələnin nəzarətə götürüldüyünü söyləyib.

Qeyd edək ki, M. Abdullanın virusa yoluxan bacısı da jurnalistdir. O, “Palitra” qəzetinin əməkdaşı, “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevadır.

BAKU.WS