SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda bu günə qədər təsdiq edilən yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayı məlum olub.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkədə yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".

BAKU.WS