SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın müxtəlif yollarında qurulan polis postlarında yoxlamalar davam etdirilir.

Yol polisi ilə yanaşı Post Patrul Xidməti və Daxili Qoşunların hərbçiləri sürücü və sərnişinləri saxlayaraq sənədlərini yoxlayırlar. Ancaq bəzi vətəndaşlar var ki, hələ də xüsusi karantin rejiminin qaydalarını pozmaqda davam edirlər. Onlar barəsində isə inzibati qaydada cərimə tətbiq edilir.

Dəfələrlə xəbərdarlıq edilməsinə və cərimələr yazılmasına baxmayaraq hələ də xüsusi karantin rejimini pozan sürücü və sərnişinlər var.

Bura paytaxtın Xətai rayonu Nobel prospektinin qurtaracağı, Zığ şosesi olan hissəsidir. Koronovirus infeksiyasının qarşısının alınması məqsədi ilə ərazidə yol polisi, post patrul xidmətinin əməkdaşları və Daxili Qoşunların hərbçilərinin xidmət etdiyi post qurulub.

Postda bir-bir avtomobillər saxlanaraq sürücü və sərnişinlərin onlayn qaydada icazə alıb-almamaları, eləcə də digər sənədləri yoxlanılır.

Postdan keçən və içərisində sərnişinlər olan marşurt avtobusları da saxlanaraq sərnişinlərin sədənləri yoxlanılır. Sərnişinlərin sırasında da xüsusi karantin rejim qaydalarını pozanlara rast gəlinir.

Xüsusi karantin rejimini pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq 100-200 manat məbləğində cərimə tətbiq edildi.

Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gündən bu vaxta qədər respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə isə aprelin birindən bu günədək avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 min227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

BAKU.WS
VİDEO