Bakıda xüsusi karantin rejimini pozan avtomobillərin sayı - RƏSMİ

05
apr
2020
20:45
Bakıda bu gün karantin rejiminin yoxlanması ilə bağlı 500-dən çox avtomobil saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, Bakıda hazırda 40-dan çox yoxlanma-buraxılma məntəqəsi yaradılıb:
“Sevindirici haldır ki, 500 avtomobildən yalnız 21-də xüsusi karantin rejiminin pozulması halı aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol yazılıb”.
Oxşar xəbərlər
Karantin rejimini pozmağa görə cəzalar - 5 il həbsə qədər
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini pozan şəxslər məsuliyyətə cəlb edilir. BAKU.WS “report”a istinadən xəbər...
