SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə sosial izolyasiya tədbirləri ilə bağlı polis hərəkətə keçib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, koronavirus infeksiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilməyə başladığı vaxtdan etibarən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmət apararaq həm sahibkarlar, həm də şəhər sakinləri ilə maarifləndirici söhbətlər ediblər. Həmçinin ictimai obyektlərin saat 21:00-da fəaliyyətini dayandırmasına nəzarət ediblər.

Bundan başqa Baş İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüləri ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımalarına martın 19-dan 29-dək qadağa qoyulması ilə bağlı məlumatlandırıblar.

BAKU.WS
QALEREYA