SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən bir çox istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Bu səbəbdən bir çox şəxs vətənə qayıda bilmir. Belə bir çətin vəziyyətdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar bir-birinə kömək əli uzadıb.

BAKU.WS xəbər verir ki, həmvətənlərimiz Facebook-da yaradılan "Gəzəyənlər" qrupunda kampaniya başladıblar.

Demək olar ki, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar öz evlərinin qapısını həmvətənlərinə açıq elan edib və Azərbaycana qayıda bilməyən həmyerlilərinə dəstək elanları paylaşıblar.

Bir çoxları vətənə qayıda bilməyənləri həftələrlə qonaq etməyə hazır olduğunu, bəziləri isə ərzaq məhsulları ilə təmin etmək istəyini və yaxud da hər hansı bir şəkildə kömək etmək istədiyini yazıb.


Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA