SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 791 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 912, hazırkı dövrədək isə 7 549 363 test aparılıb.

BAKU.WS
QALEREYA