SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında 45 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, 10 142 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 808, hazırkı dövrədək isə 7 538 679 test aparılıb.

BAKU.WS