SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 682 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 366 nəfər müalicə olunaraq sağalıb, 10 127 nəfər vəfat edib, aktiv xəstə sayı 189 nəfərdir.

Ölkədə son sutka ərzində 1 415, hazırkı dövrədək isə 7 531 433 test aparılıb.

BAKU.WS
QALEREYA