SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada 1 680 nəfər vaksinasiya olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinləri sayı 167-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 013-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 123 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 781 757, birinci doza peyvəndlərin ümumi sayı 5 359 466, ikinci doza vaksinlərin sayı 4 855 346 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 316 486, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 459 olub.

BAKU.WS