Son sutkada ölkədə COVİD-19-dan ölüm qeydə alınmadı

22
may
2022
16:49
Azərbaycanda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 712 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 45 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 510, bu günə qədər isə ümumilikdə 6 872 506 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası - FOTO
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərar...
