SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus əleyhinə 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 138, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 406 075, birinci doza peyvəndlərin ümumi sayı 5 321 396, ikinci doza vaksinlərin sayı 4 818 801 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 039 521, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 226 357 olub.

BAKU.WS