VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı 1 815 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 119-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 800 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci doza peyvəndlərin ümumi sayı 5 317 085, ikinci doza vaksinlərin sayı 4 809 138 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 972 338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 221 929 olub.

BAKU.WS