SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 914 vaksin vurulub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 362 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci doza peyvəndlərin ümumi sayı 5 320 073, ikinci doza vaksinlərin sayı 4 816 072 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 021 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 025 olub.

BAKU.WS