SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 28 427 vaksin vurulub.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 531 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 111 019, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 305 977, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 792 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 801 802, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 211 095 nəfər təşkil edir.

BAKU.WS