Əks göstəriş sertifikatının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyi məlum oldu - FOTO

Əks göstəriş sertifikatının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyi məlum oldu - FOTO
Foto
Sosial 209

COVID-19-la bağlı əks göstəriş sertifikatının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyi açıqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə etibarlı olacaq.

Son xəbərlər