SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 409 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 045 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 617 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 428 268 təşkil edir.

BAKU.WS