SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda bu gün 16 090 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 477 357 nəfər təşkil edir.

BAKU.WS