SİZİN REKLAM BURADA!
055 213 76 73


Son vaxtlar koronavirusa yoluxmuş şəxslərdə qanda oksigen səviyyəsinin aşağı enməsi və ağciyərlərdə “buzlu şüşə”nin yaranması hallarının daha tez müddətdə baş verməsini müşahidə edirik.

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Süleyman Kamilov deyib.

O bildirib ki, koronavirus mutasiyadan sonra daha təhlükəli formaya keçib və yoluxanların vəziyyəti daha tez ağırlaşır:

Virusa yoluxmuş xəstələr temperatur yüksəlməsinin və boğulma hallarının ani və daha ağır formada baş verməsindən şikayət edirlər. Virus mutasiya fonundan sanki daha çox aqressivləşib. Xəstələrin səhhətindəki bu ağırlaşmaları artıq 3 gün ərzində müşahidə edirik.

Bundan başqa virusun ötən dalğalardakı bəzi əlamətləri bu dalğada qeydə alınmır. İyi və dadbilmə əlamətlərinin itməsi barədə olan şikayətlərlə isə artıq çox rastlaşmırıq”.

BAKU.WS
VİDEO