SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Qazax rayonunda fəaliyyət göstərən altı məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərdə koronavirus pandemiyasına görə dərslər distant təhsilə keçirilib.

BAKU.WS