SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

Bildirilib ki, təhsil ocağında bir müəllim, bir şagird və iki texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib.

Bu səbəbdən məktəb 14 gün müddətinə karantinə bağlanıb.

BAKU.WS