SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusdan sağalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a 23 yaşlı idmançının özü məlumat verib.

81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 13-də ondan götürülmüş testin nəticəsi mənfi olub.

Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb.

BAKU.WS