Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - 400 manatın üzərində olacaq

Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - 400 manatın üzərində olacaq
Sosial 17008

"Növbəti ildə median pensiyanı 400 manatın üzərində gözləyirik".

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, burada rəqəm dəqiqdir: "2018-ci ildən median pensiyanı araşdırmağa başlamışıq. 2018-ci ildə median pensiya 167 manat idi".

Qeyd edək ki, median pensiya bir ölkədə və ya bölgədə pensiya alanların yarısının aldığı məbləğdən az, digər yarısının isə daha çox aldığı pensiya məbləğidir. Bu, statistik göstəricidir və pensiya alanların gəlirlərini daha dəqiq təsvir etmək üçün istifadə olunur, çünki orta pensiya bəzi çox yüksək və ya çox aşağı pensiyaların təsirindən daha çox təsirlənir. Median göstərici adətən əhalinin böyük hissəsinin aldığı real pensiya məbləğini daha yaxşı əks etdirir.

Son xəbərlər