Mikayıl Cabbarov: "Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib"

Mikayıl Cabbarov: Azərbaycan dünyanın davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib
Sosial 79

Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında xarici bazarlara qaz satışı 20,7 milyard kubmetr təşkil edib, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 4,6 % çoxdur: "Nəticədə bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac olunacaqdır".

M. Cabbarov vurğulayıb ki, Azərbaycanda "yaşıl enerji" keçidi strategiyası da uğurla həyata keçirilməkdədir: "Alternativ energetikanın inkişafı məqsədilə bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq bağlanmış müqavilələrə əsasən 2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəticəsində 2 min megavat gücündə enerji istehsalı mümkün olacaqdır ki, bu, 2027-ci ildə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33 %-ə çatdırmağa imkan verəcək".

Son xəbərlər