Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü
23
sen
2024
08:11
"Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu səbəbdən də maşinist qapıya baxış keçirib".
Bunu BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi əlavə edib ki, tələblərə uyğun olaraq sərnişinlər düşürülüb və qatar elektrik deposuna yola salınıb: "Əvəzində ehtiyat qatar verilib. Bunun nəticəsində xəttə iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yubanma qeydə alınıb".
Oxşar xəbərlər
Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Sentyabrın 24-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah...