Mahir Xəttab azadlığa buraxıldı
Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.
O bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.
Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri Azadinfo.az və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.
Oxşar xəbərlər
Sürücülərin gün ərzində ən çox pozduğu qayda - CƏRİMƏSİ
Təhlükəsizlik kəmərinin taxılmaması və sükan arxasında telefon istifadəsi ən çox yayılan və eyni zamanda ən təhlükəli yol qaydası pozuntularındandır. BAKU.WS-i...