Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək
"Həzi Aslanov" stansiyasında təmirlə əlaqədar qatarların hərəkət qrafiki dəyişdirilir.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təmir işlərinin təşkil olunması ilə əlaqədar sədr müavini Hidayət Məmmədov bildirib.
"Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində qatarların hərəkət qrafikinə noyabr ayının 30-dan dəyişiklik ediləcək.
Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də "Həzi Aslanov" stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar Qırmızı xətt üzrə ("İçərişəhər" stansiyasından) və Yaşıl xətt üzrə ("Dərnəgül" stansiyasından) "Əhmədli" stansiyasına qədər hərəkət edəcək.
İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) "28 May-Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
Oxşar xəbərlər
Sumqayıtın 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub. "Report"un yerli bürosu məlumat verir ki, Şəhər İcra Hakimiyyətinin qarşısında...