Bakının mərkəzindəki biabırçı mənzərə aradan qaldırıldı

Bakının mərkəzindəki biabırçı mənzərə aradan qaldırıldı
Foto
Sosial 393

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev 24 ünvanında yaranmış antisanitar vəziyyət aradan qaldırılıb.

BAKU.WS-in məlumatına görə, ərazi polisin müşaiyəti ilə aidiyyatı qurumlar tərəfindən zibildən təmizlənib.

***14:19

Paytaxtın Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev 24 ünvanında yaşayan sakinlər küçənin zibillənməsi səbəbindən narazılıqlarını bildirirlər.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, əraziyə uzun müddətdir ki, heç kim nəzarət etmir və təmizlik işləri aparılmır.

Zibil qalaqları küçənin müxtəlif yerlərinə yığılır və ətrafda xoşagəlməz qoxu yaranır.

Sakinlərdən biri deyir: "Küçəmiz uzun zamandır ki, zibillik halındadır. Nəzarət edən yoxdur, zibil yığılmır. Bu vəziyyət sağlamlığımıza da zərər verir".

Sözügedən görüntünü təqdim edirik:

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

86 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər