Bakıda yeni parklanma məntəqələri yaradılıb
15
okt
2024
14:43
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Rixard Zorge küçələrində 6 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.
Qarabağ küçəsində parklanma sahəsinə 2 məlumatverici yol nişanı əlavə edilib.
Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən
2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardım...