Badamdarda uçqun riski olan qaya parçaları ərazidən götürülüb
Badamdarda uçqun riski olan qaya parçaları ərazidən götürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyi məlumat verilib.
Bildirilib ki, hazırda nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
*** 10:45
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.
Oxşar xəbərlər
"TələbəPlus" kartının sahibləri xüsusi endirimlərdən yararlanırlar? - RƏSMİ CAVAB
Artıq noyabrın 4-dən vahid "TələbəPlus" kartlarının tələbələrə təqdim edilməsinə başlanılıb. Təhsilin İnkişafı Fondundan bildirilib ki, ilk olaraq bu kartlar Ba...