Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ
2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
"Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir. Daha ətraflı məlumat yaxın zamanda veriləcək", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Əfsanəvi pilot ekipajın qəhrəmanlığı barədə: İdarəetmədən çıxan təyyarə ilə mübarizə aparırdı - MÜSAHİBƏ
Azərbaycan aviasiyasının əfsanəvi pilotu, 50 il ərzində 28 500 saat uçuş yerinə yetirmiş, "Şöhrət" ordenli Əzimbala Əzimov dekabrın 25-də AZAL-a məxsus Bakı-Qro...