Məryəm Üzərli 11 ildən sonra ekranlara məşuqə obrazı ilə qayıdır
İzlənmə rekordları qıran "Möhtəşəm Yüzil" serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə yadda qalan Məryəm Üzərli uzun fasilədən sonra "Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar" serialı ilə ekranlara geri dönüb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, mövsümün ən iddialı layihələrindən biri hesab edilən bu serialın heyətində Vahide Perçin, Fırat Tanış, Dəvrim Yakut və Cem Yiğit Üzümoğlu kimi tanınmış simalar yer alır. "Şakir Paşa Ailəsi: Möcüzələr və Qalmaqallar" serialı üçün geri sayım artıq başlayıb.
Serialın tanıtımında göründüyü andan Üzərli tamaşaçıları təəccübləndirib. Məşuqə obrazını canlandıracaq aktrisa sosial mediada şərh yağışına tutulub.
Oxşar xəbərlər
Yeni il gecəsi sərvətlərinə sərvət qatacaq məşhurlar
Türkiyəli müğənnilərin Yeni il gecəsi çıxışının qiymətləri açıqlanıb. 2025-ci ilə səhnədə qədəm qoyan məşhurlar həmin gün sərvətlərinə sərvət qatacaqlar. Onlar...