Günay İbrahimli anasının 55 yaşını bu hədiyyə ilə təbrik etdi

Günay İbrahimli anasının 55 yaşını bu hədiyyə ilə təbrik etdi
Video
Şou-biznes 4287

Müğənni Günay İbrahimlinin anası İlhamə Hüseynovanın 55 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında bildirib.

Günay ad günü tortu ilə anasına sürpriz edib. İfaçı İlhamə xanıma böyük hədiyyə alıb. Müğənni yeni yaşında anasına ağ rəngli pianino bağışlayaraq onu həm təəccübləndirib, həm də sevindirib.

Daha sonra Günay, bacısı İlahə və anası İlhamə xanım pianinoda mahnı ifa ediblər.

İbrahimlinin sosial şəbəkə ilzəyiciləri ilə bölüşdüyü video maraqla qarşılanıb.

Son xəbərlər