"Haber Global": "COP29-da 300 milyard dollarlıq iqlim razılaşması əldə edildi"
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) yekun razılaşma əldə edilib.
Bu barədə Türkiyənin "Haber Global" telekanalı süjet yayımlayıb.
Videomaterialda bildirilir ki, Bakıda keçirilən tədbirdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan yoxsul ölkələri dəstəkləmək üçün zəngin ölkələr tərəfindən hər il 300 milyard dollar vəsait ayrılması barədə razılıq əldə olunub.
Həmçinin, sözügedən məbləğin 2035-ci ilə qədər 1,3 trilyon dollara çatdırılmasının hədəfləndiyi bildirilib.
Süjetdə Fransa prezidenti Emmanuel Makron başda olmaqla bir sıra Avropa və Qərb liderlərinin COP29-da iştirak etməməsi məsuliyyətsizlik kimi qiymətləndirlib.
Oxşar xəbərlər
XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri...