Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır
08
okt
2024
13:42
Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik. Lakin belə bir fikir var idi", - o, jurnalistlərə bildirib.
Y.Uşakovun sözlərinə görə, Rusiya bu cür formata etiraz etməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
Oktyabrın 8-də Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlh...