Şahin Mustafayev: Bakı enerji sahəsində Daşkəndlə əməkdaşlıq üçün böyük perspektivlər görür
Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlər görür.
"Report" xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistan Respublikasının müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə deyib.
"Dövlət başçıları arasında şəxsi etimad və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndir.
Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir", - o bildirib.
Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 28 % artaraq 135,4 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
20 milyon manat pulu ölkəyə qaytarmayanlar saxlanılıb - ADLAR
Kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun...