Bələdiyyə seçkilərində seçici fəallığı 31,45 faiz olub
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1874810 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.
Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
***17:38
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 715 min 291 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 28,77 faiz olub.
*** 15:40
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib.
Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub.
*** 12:39
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumatlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan məlumata görə, seçicilərin 17.11 faizinin (1 milyon 20 min 231 nəfər) səs verdiyini bildirib.
Oxşar xəbərlər
MSK-ya daxil olmuş müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib
Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib. İclasın gündəliyinə bələdiyyə...